İş adamını güllələyən şəxs tutuldubackend

İş adamını güllələyən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Vake şəhərində 38 yaşlı iş adamını güllələmək üzrə şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, təqsirləndirilən şəxs dünən hüquq firmasında baş verən hadisədən sonra Mziuri yaxınlığında tutulub.

“Tağ Qrup” tikinti şirkətinin səhmdarlarından olan yaralı Tato Qurqenidze hələ də klinikadadır.

O, ayağından güllə yarası alıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir. İlkin məlumata görə, hadisə biznes səhmləri ilə bağlı davam edən mübahisə ilə bağlıdır.

Artıq şahidlər dindirilib. İstintaq sağlamlığa qəsdən ağır zərər vurma və qanunsuz silah gəzdirmə maddələri ilə aparılır