İspaniyanın Milli Rəqabət Şurası (CNMC) ABŞ-ın Apple və Amazon şirkətlərini onlayn bazarda rəqabəti məhdudlaşdırdığına görə ümumilikdə 194 milyon 150 min avro cərimələyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Amazon və Apple qruplarına bağlı müxtəlif şirkətlər “onlayn bazarda rəqabətə müəyyən məhdudiyyətlər tətbiq etdikləri” üçün ümumilikdə 194 milyon 150 min avro cərimələnib.
İspaniya Rəqabət Şurasının Apple-ı 143 milyon 640 min avro, Amazonu isə 50 milyon 510 min avro cərimələdiyi açıqlanıb.
Açıqlamaya görə, İspaniyada Amazon saytından Apple məhsullarının pərakəndə satışı üçün istifadə edən satıcıların 90 faizindən çoxu Apple və Amazon arasındakı protokola görə İspaniyanın əsas onlayn bazarından kənarda qalıb.