İspaniya Çili diktatoru Pinoçetə verilən xidmətə görə medalı geri alıbbackend

İspaniya Çili diktatoru Pinoçetə verilən xidmətə görə medalı geri alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyadakı sol koalisiya hökuməti 1973-cü ildə çevrilişlə Çilidə hakimiyyətə gələn diktator Auqusto Pinoçete 1975-ci ildə verilən “Böyük Hərbi Xidmətə görə medalı” geri alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir .

Nazirlər Şurasının iclasında qəbul edilən qərar Çilidə Pinoçetin sosialist prezident Salvador Allendeni devirərək hakimiyyəti ələ keçirdiyi çevrilişin 50-ci ildönümünə təsadüf edib.

İspaniyanın Baş naziri Pedro Sançez deyib ki, 50 il əvvəl Çili demokratiyası dünyanı sarsıdan vəhşi hücumun qurbanı oldu. 11 sentyabr tarixi bir ədalətsizliyi aradan qaldırma zamanıdır.

Sançes İspaniyanın 1975-ci ildə diktator Pinoçetə verdiyi “Böyük Hərbi Xidmət Ordenini” geri aldığını açıqlayıb.

Çili prezidenti Qabriel Boric də X hesabında bu jest üçün İspaniya hökumətinə təşəkkür edib və “İspaniya və Çili ortaq təcrübəyə əsaslanan demokratiyanı müdafiə edir” deyib.