İspaniya millisinin futbolçusu PSJ-ni tərk edibbackend

İspaniya millisinin futbolçusu PSJ-ni tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya millisinin futbolçusu Pablo Sarabiya Fransanın PSJ komandasını tərk edib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İngiltərə “Vulverhempton”una keçib. Onunla 2,5 illik müqavilə imzalanıb.

Təcrübəli oyunçu yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Pablo Sarabiya bu mövsüm PSJ-nin heyətində 19 qarşılaşmada meydana çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.