İspaniyanın Viqo şəhərində bir binada baş verən yanğında ilkin məlumata görə, 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bələdiyyə orqanlarından verilən açıqlamada ölkənin şimal-qərbində yerləşən Viqo şəhərində yaşayış binasında yanğının baş verdiyi bildirilib.
Açıqlamada yanğında 4 nəfərin həyatını itirdiyi bildirilib və bu şəxslərdən 3-nün 9-14 yaş arasında olduğu qeyd edilib.
Açıqlamada binadan təxliyə edilən 9 nəfərin xəstəxanaya yerləşdirildiyi, xəsarət alan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd olunub ki, Viqoda həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.