İspaniyada Franko dövründə öldürülən 128 nəfərin qalıqları eksqumasiya edilirbackend

İspaniyada Franko dövründə öldürülən 128 nəfərin qalıqları eksqumasiya edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diktator Fransisko Frankonun hakimiyyəti dövründə (1936-1975) öldürülən və İspaniyanın Kuelqamuros vadisində kütləvi məzarlıqlarda basdırılan təxminən 33 min nəfərdən 128-nin cəsədinin qalıqları qazılıb və şəxsiyyətinin müəyyənləşdirilməsinə başlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Vətəndaş müharibəsi və diktatura dövründə 1940-1958-ci illərdə Madriddən təxminən 50 kilometr şimalda diktator Frankonun göstərişi ilə inşa edilən bölgə “Valle de los Caidos (Şəhidlər Vadisi)” və “Cuelgamuros” adlandırılıb. Həmçinin həyatını itirmiş ispanların (respublikaçılar və faşistlərin) kütləvi məzarları var.

Diktator Franko dövrü və Valle de los Kaydosla bağlı bu vaxta qədər yalnız solçu hökumətlərin gündəmində olan qanunlar ilk dəfə 27 dekabr 2007-ci ildə “Tarixi Yaddaş” və “Demokratik Yaddaş” adı ilə qəbul edildi. 21 oktyabr 2022-ci il tarixində əhatə dairəsini genişləndirir.

Franko dövrünün izlərinin silinməsi və qurbanların tanınması məqsədi ilə qəbul edilmiş qanunlara uyğun olaraq, 24 oktyabr 2019-cu il tarixində Valle de los Kaydosdakı bazilikada olan diktator Frankonun qalıqları eksqumasiya edilib və qalıqları Aprelin 24-də faşist Falanj Partiyasının banisi Xose Antonio Primo de Riveranın qəbiristanlıqlarında dəfn edilib.