İsrail ABŞ-dan 25 ədəd F-35 qırıcısı alırbackend

İsrail ABŞ-dan 25 ədəd F-35 qırıcısı alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Nazirliyi ABŞ-dan 25 ədəd F-35 Lightning II döyüş təyyarəsi alması üçün müqavilə imzalayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İsrail hökuməti təyyarələrin alınmasına razılıq verib.

İsrail 3 milyard dollarlıq müqavilə ilə “F-35” döyüş təyyarələrindən ibarət donanma yaradacaq.

Açıqlamada təyyarələrin İsrailin ABŞ-dan aldığı müdafiə yardım paketi ilə maliyyələşdiriləcəyi və son sifarişlə İsrail Hərbi Hava Qüvvələrinin inventarındakı F-35-lərin sayının 75-ə yüksələcəyi, eskadronların sayı 3-ə qədər eçatacağı bildirilib.

Keçmiş prezident Barak Obamanın dövründə ABŞ 2017-2028-ci illər arasında Təl-Əvivə 38 milyard dollar qrant ayırıb.