İsrail hərbçilərinə hücumun qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Yerusəlimlə Ramalla arasında yerləşən Kalandiya nəzarət-buraxılış məntəqəsində terror aktı cəhdi önlənib.
Məlumata görə, Qəzza sektorundan olan 20 yaşlı şəxs sərhəd polisi və mühafizəçilərə bıçaqla hücum etməyə cəhd göstərib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az