İsrail ordusu Livandan ölkə ərazisinə hücumlara cavab olaraq bu ölkəyə raket zərbəsi endirib.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, İsrail ordusuna məxsus qırıcı təyyarə “Hizbullah”ın hərbi obyektini gecə saatlarında vurub.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.