Qəzza zolağında “İslami Cihad” kəşfiyyatının komandiri öldürülüb.
interpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində keçirdiyi əməliyyat zamanı “İslami Cihad”ın hərbi kəşfiyyatının komandiri Usam Qədəlla məhv edilib.
O, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailin cənubuna hücumunda iştirak edib.
Bundan əlavə, son 24 saat ərzində İsrail ordusu təşkilatın Qəzza zolağının cənubunda və mərkəzində təqribən 40 hərbi obyektini məhv edib.
Xuraman Etibarlı
İnterpress.az