İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyurbackend

İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Dekabrın 23-dən etibarən İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur və ölkəyə qayıdan ölkə vətəndaşları üçün xüsusi mərkəzlərdə məcburi karantin elan edir.

Bu barədə TASS İsrailin Baş naziri Benyamin Netanyahuya istinadən məlumat yayıb.

“Koronavirusla bağlı hökumət komissiyasının iclası indicə başa çatdı. Mən ölkə səmasının bağlanması barədə dünən axşam qərar qəbul etdim. Xarici vətəndaşlar diplomatlar kimi istisnalar olmaqla ölkəyə gələ bilməyəcək”, – deyə B.Netanyahu qeyd edib.

 

İnterpress.az