İsrail Xarici İşlər Nazirliyi müdafiə nazirinin sözlərindən sonra Fransanı müdafiə edib.
interpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat verib.
Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri müdafiə naziri Qallantın Fransaya qarşı söylədiyi şərhləri pisləyərkən İsrailin aparıcı nazirlikləri arasında nadir ictimai mübahisə yaranıb.
“Biz müdafiə naziri Gallantın Fransaya hücumlarını qəbul etmirik, Fransaya qarşı bəyanatlar düzgün deyil və yersizdir”, – rəsmilər bildiriblər.
Bu gün səhər saatlarındaQallant bildirib ki, İsrail “Hizbullah” ilə gərginliyin azaldılması üzrə danışıqlar üçün Fransanın təklif etdiyi formatı nəzərdən keçirməyəcək.
O, Fransanın “İsrailə qarşı düşmənçilik siyasətinə keçdiyini” vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az