İsraildə terror hücumu baş verib, avtomobil avtobus dayanacağına çırpılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Aralıq dənizi sahilindəki Netanya şəhəri yaxınlığındakı Kfar Yonada bir avtomobil avtobus dayanacağında gözləyən insanların üzərinə sürüb.
Yeddi nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin orta-ağır, beşinin isə yüngül xəsarət aldığı bildirilir.
Qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb.
Avtomobilin axtarışına kömək etmək üçün polis helikopteri qaldırılıb.
Polis hadisəni terror aktı hesab edir.
Xuraman Etibarlı
İnterpress.az