İsrailin BMT-dəki səfiri əşkilatın Nizamnaməsini cırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin BMT-dəki səfiri Gilad Erdan Baş Assambleyanın iclası zamanı təşkilatın Nizamnaməsini kağız parçalayıcı ilə cırıb.
Səbəb Baş Assambleyanın Fələstinin üzvlüyünün lehinə səs verməsi olub.
“Bu həyasız qurum müasir nasistlərə hüquq və imtiyazlar verməyə qərar verib. BMT Nizamnaməsini öz əllərinizlə cırırsınız. Bəli, sən belə edirsiniz”, – səfir deyib.
Xuraman Etibarlı
İnterpress.az