“HƏMAS-ın planlarını 180 dərəcə dəyişdik”.
İnterpress.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yaov Qallant “X” hesabında yazıb.
O bildirib ki, HƏMAS bütün yaşayış məntəqələrini məhv etmək istəyirdi: “Amma biz Qəzza zolağında yüzlərlə terror bazasını məhv etdik. Düşməni sıxışdırmaq və HƏMAS terrorçularının gətirdiyi çoxlu silahları məhv etməkdə qətiyyətliyik”.
Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.