İsrailli əsgər İrana casusluqda İTTİHAM EDİLDİbackend

İsrailli əsgər İrana casusluqda İTTİHAM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə əsgər İrana casusluqda ittiham olunaraq həbs edildi

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Beyər-Şevadan olan 22 yaşlı Rafael Reuveni ötən ay polis və ŞABAK tərəfindən İrana casusluq şübhəsi ilə saxlanılıb.

İstintaqın məlumatına görə, o, hərbi xidmət dövründə pul müqabilində iranlı agentlə əlaqə qurub və ona müxtəlif tapşırıqları yerinə yetirib.

Sənədlərə əsasən, Reuveni park, avtobus dayanacağı, ticarət mərkəzi və hətta özünün hərbi vəsiqəsinin fotosunu agentə göndərib.

Bundan əlavə, o, xidmət etdiyi hərbi baza barədə də məlumat ötürüb.

İlkin məlumatlara görə, gənc əsgər agentin təklif etdiyi ödənişlərə görə bu fəaliyyətə cəlb olunub. İş üzrə istintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az