İstanbulda 2 ton saxta içki müsadirə edilibbackend

İstanbulda 2 ton saxta içki müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda keçirilən əməliyyatda 2 ton saxta içki müsadirə edilib və 17 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Araşdırmalar nəticəsində 39 rayonda 768 ünvan müəyyən edilib.

Əməliyyat çərçivəsində 2 müxtəlif istehsal müəssisəsi və 6 iş yerində aparılan axtarışlar zamanı 2 ton saxta içki, 4 lif çəni, 1356 içki şüşəsi, 12 min içki etiketi, 2 min qapaq və 21 spirtli içki aşkar edilərək götürülüb.