İstanbulda ana və qızın MÜƏMMALI ÖLÜMÜ: “Buna intihar deməyin”backend

İstanbulda ana və qızın MÜƏMMALI ÖLÜMÜ: “Buna intihar deməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda zorakılığa məruz qaldıqlarını bildirən ana və qızın meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İstanbulun Zeytinburnu rayonunda Fatmanur Çelik və qızı Hifa İkra Şengülerin meyitləri aşkar edilib.

Qeyd edək ki, F.Çelik bundan əvvəl “Qurana xidmət” fondunun rəhbəri Ayhan Şengüler tərəfindən cinsi zorakılığa məruz qaldığını ictimaiyyətə bəyan etmiş və onun həbs olunması üçün mübarizə aparırdı.

Fatmanur Çelik uşaq yaşlarından Ayhan Ş. tərəfindən zorakılığa məruz qaldığını, daha sonra isə məcburi şəkildə ona ərə verildiyini bildirmişdi.

Həmçinin, onların qızı Hifa İkranın da 3 yaşından etibarən atası Ayhan Şengüler tərəfindən eyni vəhşiliyə məruz qaldığı iddia olunurdu.

Məhkəmə prosesinin davam etməsinə baxmayaraq, Ayhan Şengülerin azadlıqda qalması Fatmanur Çeliki kəskin addımlara sövq etmişdi.

O, İstanbulun Kartal rayonundakı Anadolu Ədliyyəsinin qarşısında “ədalət növbəsi”nə başlayaraq dəfələrlə ictimaiyyətdən dəstək istəmişdi.

Meyitlər sahil kənarında olan insanlar tərəfindən tapılıb. Hadisə yerinə polis və tibbi ekspertlər cəlb olunub. Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.

“Öncə uşaqlar və qadınlar” dərnəyi ana və qızın intihar etdiyini bildirib. Lakin Fatmanur Çelik sağlığında bu barədə xəbərdarlıq edərək demişdi: “Əgər başıma bir iş gəlsə, bunu sakın intihar adlandırmayın”.

Xuraman Etibarlı

İnterpress.az