İstanbulun Kadıköydə kütləvi dava silahlı atışmaya çevrilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Davada 3 nəfər yaralanıb, hər iki dəstədən 7 nəfər saxlanılıb.
Təhsil Məhəlləsi Fahrettin Kerim Gökay küçəsində əvvəllər aralarında şəxsi münaqişələri olan iki dəstə küçədə qarşılaşaraq gecə saatlarında mübahisə edib.
Mübahisə davaya çevrilib. Davada iştirak edən şəxslərdən biri götürdüyü silahla atəş açmağa başlayıb. Bu müddət ərzində 3 nəfər yaralanıb.
Yaralanan 3 nəfər xəstəxanaya aparıb.
Polis davada iştirak edən hər iki tərəfdən ümumilikdə 7 nəfəri saxlayıb.
Saxlanılan şəxslər polis bölməsinə aparılıb.
İşin istintaqı davam etdirilir.