Gürcüstanda istehlak kreditlərinin ödəmə müddəti 4 ilə qədər artıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Kredit aktivliyinin dinamikasına və bəyan edilmiş siyasətə uyğun olaraq, Milli Bank təminatsız istehlak kreditlərinin maksimum ödəmə müddətini 4 ilə qədər artırır.
2022-ci ildə qeydə alınan təminatsız istehlak kreditlərinin yüksək artım tempinin azaldığını, fəaliyyətin isə davamlı səviyyədə qaldığını nəzərə alaraq, bu ilin noyabrın 1-dən etibarən bu növ kreditlərin maksimal müddət limiti 3 ildən 4 ilə artırılacaq.
Gələcəkdə Milli Bank istehlak kreditləşməsi tendensiyalarını izləməyə davam edəcək, çünki sağlam kredit standartları bu seqmentdə ev təsərrüfatlarının borcunun sabitliyi üçün vacib şərtdir.