İsveç parlamentinin müdafiə komitəsi Rusiya ordusunun İsveçə hücum ehtimalı ilə bağlı hazırlanan hesabatda hücum ehtimalının istisna oluna bilməyəcəyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Rusiya ordusunun Ukraynaya müdaxilə ilə məşğul olduğu vurğulansa da, başqa növ hərbi hücumlar həyata keçirmə ehtimalının olduğu bildirilib.
Qeyd edilib ki, Rusiya hərbi gücdən istifadə baryerini aşağı salıb, yüksək hərbi və siyasi iştah var.
Hələ də İsveçə hava qüvvələri, donanma, uzaq mənzilli və ya nüvə silahları ilə hücum etmək ehtimalının olduğu irəli sürülüb.
Məlumatda ölkənin yeni müdafiə doktrinası yer alıb.
Buna görə də keçmişdə olduğu kimi digər Skandinaviya ölkələri və Aİ ilə güclü əlaqələr əvəzinə NATO üzvlüyünün əsas götürüldüyü görülüb.