İtaliya həddindən artıq istilərə görə “qırmızı” həyəcan vəziyyətindədirbackend

İtaliya həddindən artıq istilərə görə “qırmızı” həyəcan vəziyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada hava istiliyinin həftə sonu rekord həddə çata biləcəyi ilə bağlı proqnozlara uyğun olaraq, sabah üçün 15 şəhərdə, bazar günü üçün isə 16 şəhərdə “qırmızı” siqnallar verilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ölkədə həftənin əvvəlindən təsirli olan həddindən artıq isti havanın təsirini daha da artıracağına diqqət çəkilib.

Şənbə günü 15 şəhərdə, bazar günü isə 16 şəhərdə “qırmızı” xəbərdarlığın verildiyi bildirilib.

“Həddindən artıq istilər bütün insanlar üçün təhlükədir”

Paytaxt Roma ilə yanaşı, “qırmızı” kodlu şəhərlər arasında Bolonya, Florensiya, Kataniya, Kampobasso, Bari, Frozinone, Latina, Perugia, Pescara, Rieti, Viterbo, Kalyari, Civitavecchia və Messina da var.

Açıqlamada vurğulanıb ki, həddindən artıq istilər təkcə yaşlılar, kliniki cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaradır.

Xəbərdə həftə sonu havanın temperaturunun orta göstəricidən 12 dərəcə yüksək olacağı qeyd edilib.

Siciliya və Sardiniya adalarında temperatur 48 dərəcəyə çata bilər

Həddindən artıq istilərin təsirlərinin özünü büruzə verdiyi Romada gün ərzində tarixi şəhəri ziyarət etməyə gələn turistlərin və işlərinə gedən romalıların isti hava səbəbindən çətinlik çəkdiyi müşahidə edilib.

Sabah Romada hava istiliyinin 37 dərəcə olacağı və iyulun 18-i çərşənbə axşamı günü 43 dərəcəyə çataraq rekord qıracağı gözlənilir ki, bu da mətbuata əks olunub.

Avropa Kosmos Agentliyinin (ESA) dünən açıqladığı məlumatlara görə, bu həftədən etibarən Avropanın buxarlı istilərin təsiri altında olacağı, İtaliyanın Siciliya və Sardiniya adalarında isə temperaturun 48 dərəcəyə çatacağı təxmin edilir.

Bu arada Nature Medicine jurnalının həftənin əvvəlində dərc etdiyi araşdırmada 2022-ci ilin yayında İtaliyada yaşanan həddindən artıq istilər səbəbiylə 18 mindən çox insanın həyatını itirdiyi paylaşılıb.