İtaliyada daşqınlarda 13 nəfər ölübbackend

İtaliyada daşqınlarda 13 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Emilia Romagna bölgəsində leysan yağışlardan sonra baş verən sel fəlakətində ölənlərin sayı 13-ə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İtaliyanın Emilia Romagna bölgəsində həftənin əvvəlində təsirli olan yağışların səbəb olduğu sel fəlakətində ölənlərin sayı artmaqdadır.

Daşqından zərər çəkən qəsəbələrin sayının 42-yə çatdığı, 10 min insanın evini tərk etmək məcburiyyətində qaldığı, 34 min ev təsərrüfatının isə elektrik enerjisi ilə təmin oluna bilmədiyi qeyd edilib.

Bəzi məqamlarda ordu hissələrinin də yerli əhaliyə kömək etmək üçün sahəyə getdiyi və yardım işlərində iştirak etdiyi bildirilib.

Bölgədə daşqın və sürüşmə səbəbindən nəqliyyata bağlanan yolların açılması istiqamətində işlərin davam etdiyi vurğulanıb.

Ətraf Mühit və Enerji Təhlükəsizliyi Naziri Gilberto Pichetto radio kanalına verdiyi açıqlamada daşqından ciddi şəkildə zərər çəkən Emilia Romagna bölgəsi üçün “fəlakət vəziyyəti” elan edəcəklərini bildirib.