İtaliyada meşə yanğını: uçuşlar dayandırılıbbackend

İtaliyada meşə yanğını: uçuşlar dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Siciliya adasında başlayan meşə yanğınında alovlar hava limanına yaxınlaşıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hava limanında uçuşlar dayandırılarkən yaşayış məntəqələri boşaldılıb.

Avropada həddindən artıq istilərdən sonra başlayan meşə yanğınları İtaliyanı da vurub.

Siciliya adasının Palermo şəhərinin Cinisi qəsəbəsində gecə saatlarında başlayan və temperaturun 47 dərəcəyə çatdığı meşə yanğını küləyin təsiri ilə qısa müddətdə genişlənib.

Uçuşlar dayandırılıb, yaşayış məntəqələri boşaldılıb

Alov Falcone Borsellino hava limanına yaxınlaşdığından uçuşlar dayandırılıb.

Palermoda risk altında olan bir çox yaşayış məntəqələri boşaldılıb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada çətin hava şəraiti səbəbindən yanğına müdaxilənin çətinləşdiyi, İtaliyanın digər bölgələrindən də gücləndirmə dəstələrinin göndəriləcəyi bildirilib.

Yanğınlarla əlaqədar şəhərin bəzi magistral yollarının nəqliyyata bağlandığı açıqlanıb.