İqlim fəalları İtaliyanın Roma şəhərindəki tarixi Dörd Çay Fəvvarəsinə kömür əsaslı maye töküblər.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məşhur italyan memarı Gian Lorenzo Bernini tərəfindən 17-ci əsrdə inşa edilən tarixi fəvvarə iqlim fəallarının “Son Nəsil (Ultima Generazione)” adlı etiraz aksiyasına səhnə olub.
“Qalıq yanacaqlara pul verməyək” yazılmış pankart açan 4 nümayişçi tarixi fəvvarəyə daxil olaraq kömür bazlı maye töküblər. Aksiya ilə əlaqədar fontandakı su qara rəngə boyanıb.
Nümayişçilər “Gələcəyimiz bu su kimi qaradır. Susuz həyat yoxdur” deyiblər.
Aksiya zamanı ətrafda olan bir çox ziyarətçi fəallara reaksiya verib.