İtkin düşmüş hərbçilərin valideynləri Eçmiədzində etiraz aksiyası keçirirlərbackend

İtkin düşmüş hərbçilərin valideynləri Eçmiədzində etiraz aksiyası keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İtkin düşmüş hərbçilərin valideynləri Eçmiədzindəki hərbi hissənin qarşısında etiraz aksiyası keçirirlər.

Bölmənin qarşısına toplaşan valideynlər komandir Arsen Abqaryandan uşaqları geri gətirməsini tələb edirlər. Etirazçıların sözlərinə görə, onların övladlarını Zəngilan istiqamətinə aparılıblar, həmin vaxt məntəqə artıq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olub.

Valideynlərdən biri bildirib ki, dekabrın 1-də onlara üç gün ərzində bəzi məlumatların veriləcəyi vəd olunub, lakin hələ də heç bir xəbər yoxdur. Sabah onların itkin düşməsindən 50 gün keçir.

Valideynlər, həmçinin, itkin düşən hərbçilərin ailələrinin, əksəriyyətinin azyaşlı övladlarının qalmasına baxmayaraq, hökumət tərəfindən onların maaşlarının verilişinin dayandırıldığını bildiriblər.

Bundan sonra etirazçılar mitinqi Müdafiə Nazirliyinin binası yaxınlığında davam etdirmək üçün İrəvana yollanıblar.

 

İnterpress.az