Japarov: “Sanksiyalı malların Qırğızıstan üzərindən tədarükü ilə bağlı iddialar əsassızdır”backend

Japarov: “Sanksiyalı malların Qırğızıstan üzərindən tədarükü ilə bağlı iddialar əsassızdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Japarov sanksiya tətbiq edilən malların Qırğızıstan vasitəsilə tədarükü ilə bağlı məlumatları təkzib edir.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov Qərb mediasında yayılan, moldovalı siyasətçi İlon Şorun guya Rusiya ilə sanksiyaları Qırğızıstan üzərindən dolanmasına kömək etdiyi iddialarını təkzib edib.

Dövlət başçısı bu barədə heç bir faktın mövcud olmadığını deyib.

“Rusiyaya qarşı sanksiya tətbiq edən bəzi ölkələr hələ də onunla ticarət aparır. İlon Şor, İlon Mask və ya başqası – kim olur-olsun, gəlib burada biznes qura bilər.

Biz həmişə çoxşaxəli siyasət aparırıq və hər kəslə əməkdaşlığa hazırıq”, – Japarov qeyd edib.

Prezident əlavə edib ki, Qırğızıstan iqtisadi əməkdaşlığa açıqdır, lakin siyasi məsələlər diqqətlə nəzarətdə saxlanılacaq.

Xuraman Etibarlı

İnterpress.az