Jurnalistləri daşıyan avtobus qəzaya uğradı – Üç ölü, 13 yaralıbackend

Jurnalistləri daşıyan avtobus qəzaya uğradı – Üç ölü, 13 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Urmiya gölünün vəziyyəti ilə yerində tanış olmaq üçün gedən jurnalistləri daşıyan avtobus qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, Qərbi Azərbaycana yollanan avtobusun aşması nəticəsində üç nəfər ölüb, 13 nəfər yaralanıb.

Bəzi mənbələrdə yaralıların 21 nəfər olduğu qeyd edilib.

Qeyd edilib ki, ölənlər İSNA Xəbər Agentliyindən Məhşad Kərimi və Neda Əkbəri, İRNA Xəbər Agentliyindən Reyhanə Yasinidir.