K2 dağına qalxan alpinist qar uçqunu nəticəsində həlak olubbackend

K2 dağına qalxan alpinist qar uçqunu nəticəsində həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Gilgit Baltistan bölgəsində dünyanın ikinci ən hündür dağı olan K2 zirvəsinə qalxan alpinist Məhəmməd Həsən qar uçqunu altında ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pakistanlı alpinist Həsən 8611 metr hündürlüyü olan K2 dağına qalxarkən qar uçqunu düşüb.

Səlahiyyətlilər Həsənin təxminən 8200 metr hündürlükdə qar uçqunu altında öldüyünü açıqlayıb.

Pakistanlı alpinistin geri qaytarılmasının mümkün olmadığını qeyd edən səlahiyyətlilər Həsənin öldüyü yerdə dəfn edildiyini qeyd edib.

Polşalı alpinist Pavel Tomaş Kopeç də iyulun 4-də Nanqa Parbat zirvəsindən qayıdarkən, 8126 metr hündürlükdə dünyasını dəyişib.

Dünyanın ikinci ən yüksək dağı olan K2-nin də yerləşdiyi Gilgit Baltistan bölgəsi 8000 metrdən yuxarı 6 zirvəyə ev sahibliyi edir.