Kadri Simson: “Aİ Rusiya qazından asılılığı əhəmiyyətli dərəcədə azaldıb”backend

Kadri Simson: “Aİ Rusiya qazından asılılığı əhəmiyyətli dərəcədə azaldıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İl ərzində Avropanın enerji sistemində əhəmiyyətli dəyişikliklər baş verib və Avropa İttifaqı (Aİ) Rusiyanın enerji mənbələrindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb.

bunu Avropa Komissiyasının (AK) enerji məsələləri üzrə üzvü Kadri Simson deyib.

“Rəqəmlər öz sözünü deyir. Rusiya artıq Avropanın bir nömrəli qaz tədarükçüsü deyil, onun yerini ABŞ və Norveç tutub. On iki ayda Rusiya boru kəməri ilə qaz tədarükləri 155 milyard kubmetrdən 62 milyard kubmetrə düşüb.

Bizim LNG idxalı isə əksinə, 2021-ci ildəki 80 milyard kubmetrdən 2022-ci ildə 135 milyard kubmetrə qədər artıb”, – Avropa komissarı Aİ-nin Telekommunikasiya, Nəqliyyat və Enerji üzrə qeyri-rəsmi Şurasının keçirildiyi Stokholmda jurnalistlərə bildirib.

Simsonun sözlərinə görə, eyni zamanda, Aİ-yə üzv dövlətlər avqust-yanvar ayları arasında qaz tələbatını 19% azaldıblar ki, bu da istehlakın 38 milyard kubmetr azalmasına uyğundur. Aİ ölkələrinin anbarlarındakı qaz ehtiyatları hazırda 62%-dən çox dolub.

AK üzvünün sözlərinə görə, bu, təmiz enerjiyə keçidin sürətlənməsi ilə müşayiət olunub.

“2022-ci ildə Avropada, əsasən, günəş və külək enerjisi olmaqla, demək olar ki, 50 giqavatlıq yeni bərpa olunan enerji gücü quraşdırılıb”, – Avropa komissarı əlavə edib.