Kamal Cəfərov, Azərbaycan siz deyilsiz və sən heç deyilsən…backend

Kamal Cəfərov, Azərbaycan siz deyilsiz və sən heç deyilsən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adı Kamal, soyadı Cəfərov olan, ağıllı, kamallı gənc deputat. Oturub fikirləşirəm, sonra durub fikirləşirəm, sonra bardaş qurub oturub, dirsəklnib, dərindən nəfəs alıb, xəyala dalıb fikirləşirəm və görürəm ki, Adı Kamal, soyadı Cəfərov olan bu deputatın nə qədər məntiqdən uzaq fikirləri var və bu küləkli havada gənc dənizçinin gəmidə ürəyi necə bulanırsa, mənim də ürəyimi elə bulanır. Niyə? Deyim, adı Kamal, soy adı Cəfərov olan,  özünü birdən birə, şəbbeyin xeyir, YAP-ın siyahısındandan, deyilənlərə görə, səs toplamadan, amma lehinə səs sayılaraq   seçilsə də, ədəttdi başdı deputat kimi tanıtmaq istəyən soydaşımız da oxusun və bunları bilsin;

1.Azərbaycan bizik, Milli Məclis bizik, daha çox bizik, -yazıb. Başa düşsün və bilsin ki, Azərbaycan siz deyilsiz və sən heç deyilsən. Azərbaycan bizik. Bütün Azərbayn vətəndaşları, Hansı ki bu vətəndaşların anamız Azərbaycan vətəndaşlarının həmrəy olmasını istəyirik. YAP,AXCP, ADP, MUSAVAT, AĞ Partiyası, Böyük quruluş, BAXCP, Ana Vətən, MHP və digər partiyalar və partiyalılığı olmayan vətəndaşların həmrəy olması.

2.Gənc deputat kimi istənilən məsələdə fikirlərimizi də ifadə etməkdə sərbəst və səlahiyyətliyik, yazıb və nə qədər bəsit cümlə. Necə yəni gənc olmayan deputatlar fikirlərini ifadə etməkdə sərbəst deyillər? Səlahiyyət bir qədər düşündürücüdür, knopkanı basıb, səsi kəsmək səlahiyyəti deyirsənsə, düzdür.

3.Sahibə xanım da üzvü olduğu Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezidentin siyasətini və onun fəaliyyətini müdafiə etdi. Yaxşı elədi. Amma adı Kamal olan deputat, bura Azərbaycan Respublikasının Milli Məclisidir, YAP-ın partiya iclası deyil, fərdi və şəxsi maraq yox, millətin ac zümrəsinin marağını təmin etmək lazımdır, hansı ki, elə Prezidentimiz də bunu edir və siz bunu düzgün əxz etmirsiz. Sabir bəy də deyir ki qanunlar elə tərtib edilsin və qəbul olunsun ki, bu kosmetik görüntü verməsin, Prezidentin yürütdüyü siyasətə uyğun olsun.

4.Adı Kamal olan deputata jurnalist olaraq jurnalistika sahəsi üçün kiçik  tövsiyyəm; Yuxarıda sərbəst ifadədən bəhs etdiniz. Sakının,  Jurnalistlərin sərbəst özünü ifadə etməsi üçün, yeri behişt olan, rəhmətlik Heydər Əliyevin və ömrü uzun olmasını arzuladığımız Prezident İlham Əliyevin təbliğatının əksinə təbliğat aparmayın. Ayıb olar. Axı O, rəhmətlik və bu dəmir iradəli Prezidentimiz söz azadlığını əsas meyar bilirlər. Sizə o səlahiyyəti kim verib ki, mənim yazdığım yazıya müdaxilə edəsiz. Və Prezidentin siyasətinin əksinə gedəsiz?

Hə, adə Kamal, soy adı Cəfərov olan deputat, necə dediniz, Sabir bəy yersiz alqışlayanları necə adlandırmışdı?

Faiq Balabəyli