Kamal Cəfərova yeni vəzifə verildibackend

Kamal Cəfərova yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilib.

İnterpress.az xəbər verir ki, mərkəzi şura üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov rəhbər təyin edilib.

Qeyd edək ki, Təlim Mərkəzi prokurorluq, digər hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı qısa və uzun müddətli təlim, treninqlərin təqdim edilməsi yolu ilə tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılıb.