Kambocanın Baş naziri Hun Sen iyul ayında keçiriləcək ümumi seçkidə səs verməyənlərin gələcək dövrlərdə namizəd olmasının qadağan edilməsi üçün seçki qanununu dəyişdirəcəyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Phnom Penhdəki bir fabrikdə çıxış edən Hun Sen Kambocada seçki qanununu dəyişmək planlarını açıqlayıb.
O, müxalifət siyasətçilərinin xalqı seçkiləri boykot etməyə çağırdığını bildirib.
Hun Sen bu çərçivədə iyul ayında keçiriləcək ümumi seçkilərdə səs verməyənlərin növbəti seçkilərdə namizəd olmalarının qadağan ediləcəyini və bu şəxslərin namizəd olmaları qadağan olunsa belə, yenə də seçki hüququna malik olacaqlarını qeyd edib.
Məqsədinin qanunu dəyişdirərək kimisə məğlub etmək olmadığını vurğulayan Hun Sen bu qərarı “seçkilərdə namizəd olmaq istəyənlərdə məsuliyyət hissini artırmaq” üçün verdiyini vurğulayıb.
Hun Sen qeyd edib ki, seçki qanununa edilən dəyişiklik ümumi seçkilərə qədər parlamentin təsdiqinə hazır olacaq.
Ana müxalifət partiyası seçkidə iştirak edə bilməyəcək.
Baş nazir Hun Sen 2013-cü il seçkilərində az fərqlə qalib gəldikdən sonra ölkədə müxalifətə təzyiqlər artıb.
Paytaxt Phnom Penh məhkəməsi 2017-ci ildə fəaliyyəti dayandırılan Kamboca Milli Xilasetmə Partiyasının (CNRP) o vaxtkı liderini və 8 yüksək səviyyəli üzvünü ən azı 20 il müddətinə azadlıqdan məhrum edib.
Konstitusiya Məhkəməsi 2017-ci ildə CNRP-ni bağlayıb və partiyanın 118 üzvünə siyasətdən qadağa qoyub.
Hun Sen və hakim Kamboca Xalq Partiyası (CPP) 29 iyul 2018-ci ildə ana müxalifət partiyasının iştirak edə bilmədiyi ümumi seçkidə parlamentdəki bütün yerləri qazanıb. 2022-ci ildə keçirilən yerli seçkilərdə CHP 74,3 faiz, müxalif Şam İşığı Partiyası (KP) isə 22,3 faiz səs toplayıb.
Kambocada təxminən 9 milyon 700 min qeydə alınmış seçici var.
Ana müxalifət olan Şam Partiyasının (ŞP) seçkidə iştirak etmək üçün tələb olunan ərizə sənədlərində çatışmazlıqlar olduğu üçün seçkilərdə iştirak edə bilməyəcəyi açıqlanıb.