Kanada hökuməti Onlayn Xəbərlər Aktı ilə bağlı davam edən mübahisə səbəbindən “Facebook” və “Instagram”da ictimai reklamları dayandıracağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mədəni İrs Naziri Pablo Rodriguez sosial media şirkəti “Meta”nın cavab olaraq Kanada xəbərlərini platformalarından çıxarmaq qərarını söyləyib.
Federal hökumətin “Facebook” və “Instagram”dakı bütün reklamlarını dayandıracağını bildirib.
Təxminən iki həftə əvvəl qəbul edilən Kanadanın Onlayn Xəbərlər Aktı, Google və Meta kimi böyük rəqəmsal şirkətləri platformalarında paylaşılan, əvvəlcədən baxılan və ya dəyişdirilən xəbərlər üçün media orqanlarına ödəməyə məcbur edir.
Qanundan sonra həm Facebook və Instagram-ın ana şirkəti olan Meta, həm də Google qanuna cavab olaraq Kanada xəbərlərini bloklayacaqlarını açıqlayıblar.
Bu arada Kvebek əyalətinin baş naziri Fransua Leqault deyib: “Federal hökumətin Meta ilə danışıqları yekunlaşana qədər əyalət hökuməti Facebook-da reklamı dayandıracaq. Heç bir şirkət qanundan üstün deyil”.
İyun ayında qəbul edilən Onlayn Xəbərlər Qanununa uyğun olaraq, Kanada hökuməti Kanada media təşkilatlarına məxsus xəbərləri paylaşan sosial media platformalarına xəbərlərin sahibi olan təşkilatlara ödəniş etmək öhdəliyi qoyub.
Qərarın ardından “Meta” və “Google”, Kanada media orqanlarının xəbərlərini platformalarından siləcəklərini açıqlayıblar.