Kanadada meşə yanğınlarının tüstüsü ABŞ-ın Minnesota ştatına çatdıqdan sonra Paul ölkənin “ən aşağı” hava keyfiyyəti bölgəsinə çevrilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Minnesota ştatının Çirklənməyə Nəzarət Agentliyindən bildirilib ki, tüstü ərazidə ən pis həddə çatıb.
ABŞ hökumətinin indeksinə görə, hava çirkliliyinin “qırmızı” həddə çatması xüsusilə uşaqlar, qocalar, astma xəstələri, şəkərli diabet və ürək xəstəlikləri üçün təhlükəlidir.
Burada havanın keyfiyyət indeksi 500-dən 256-ya düşüb.
Sent-Paulda bütün idman tədbirləri ləğv edilib, Minneapolisdə isə açıq hava tədbirləri dayandırılıb.
Səlahiyyətlilər gözləri, burnu və boğazı qıcıqlandıran, ürəyə və ağciyərlərə təsir edən və nəfəs almağı çətinləşdirən tüstüdəki kiçik hissəcikləri tənəffüs etməkdən çəkinməyi və açıq hava fəaliyyətini məhdudlaşdırmağı tövsiyə edir.
Kanadadakı meşə yanğınlarının tüstüsü ABŞ-a çatdıqdan sonra səlahiyyətlilər çölə çıxmamaq və pəncərələri bağlı saxlamaq barədə xəbərdarlıq ediblər.






