Kanadada meşə yanğınlarının tüstüsü ABŞ-a çatıbbackend

Kanadada meşə yanğınlarının tüstüsü ABŞ-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 6-da Kanadanın qərbindəki Alberta əyalətində başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-a çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Kanadadakı yanğınlarla bağlı paylaşdığı görüntülərdə Albertadakı meşə yanğınlarından çıxan tüstünün Kanadanın şərqinə doğru irəliləyərək ABŞ-Kanada sərhədinə çatdığı müşahidə olunur.

ABŞ Milli Meteoroloji Xidməti bildirib ki, atmosferin yuxarı qatında dayanmış Kanada meşə yanğınlarından çıxan tüstü Vaşinqtonda havanın alacakaranlığa bənzəməsinə səbəb olur.

Səlahiyyətli şəxslər Kanadanın Alberta əyalətindəki meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib.

Rəsmilər qeyd edib ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək.

Yanğınların 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb.