Kanadada yanğınlarla mübarizə aparan helikopterin qəzaya uğraması nəticəsində pilot ölübbackend

Kanadada yanğınlarla mübarizə aparan helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Alberta əyalətində meşə yanğınları ilə mübarizə aparan helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kanada Kral Atlı Polisi (RCMP) həyatını itirən 41 yaşlı helikopter pilotu ilə bağlı açıqlama verib.

Polis Şimali Albertada meşə yanğını ilə mübarizədə iştirak edən pilotun helikopterin qəzaya uğraması nəticəsində öldüyünü açıqlayıb.

Pilotun ölümü ilə Kanadada mart ayından bəri davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəlib.

Ötən həftə 9 yaşlı uşaq, eləcə də əvvəllər yanğınlarla mübarizə aparmış iki yanğınsöndürən həlak olub.

Hazırda Kanadada 885-dən çox yanğın var ki, onlardan 600-ə yaxınının qarşısı hələ də alınmayıb.

Ölkədəki meşə yanğınlarında külə çevrilən meşə sahəsi 10 milyon hektarı ötüb.

Kanada Təbii Sərvətlər Departamenti və Qurumlararası Meşə Yanğınları Mərkəzinin (CIFFC) açıqladığı məlumatlara görə, bu il Kanada meşə yanğınları nəticəsində məhv edilən torpaqların miqdarı tarixdə ən yüksək səviyyəyə çatıb.

1989-cu ilin aprel-sentyabr aylarını əhatə edən bütün meşə yanğınları mövsümü ərzində təxminən 7,6 milyon hektar meşə sahəsinin yandığı Kanadada yanğın mövsümünün ortasında olmasına baxmayaraq, bu il 10 milyon hektardan çox meşə sahəsi yanıb.