Kanadanın Manitoba əyalətində ağır yol qəzası olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Manitoba ştatının Carberry şəhərindən keçən magistralda yük maşını və mikroavtobusla toqquşub.
İlkin məlumatlara görə, qəzada 15 nəfər ölüb.
Bildirilib ki, yaralılar hadisə yerinə gedən təcili tibb yardım vasitəsilə xəstəxanalara çatdırılıb.
Qəzaya uğrayan xidməti avtomobilin əlillərin, qocaların və ya hərəkət qabiliyyəti məhdud şəxslərin istifadə etdiyi nəqliyyat vasitəsi olduğu bildirilib.






