Kanadalılar “Facebook” və “Instagram”dan xəbər linklərinə daxil ola bilməyəcəklərbackend

Kanadalılar “Facebook” və “Instagram”dan xəbər linklərinə daxil ola bilməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalılar “Facebook” və “Instagram”dan xəbər linklərinə daxil ola bilməyəcəklər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kanada parlamenti “Facebook” və “Instagram” kimi böyük sosial media platformalarının öz saytlarında dərc olunan xəbərlərə görə xəbər nəşriyyatlarına pul ödəməsini tələb edən qanunu qəbul edib.

“Meta” qanun qəbul edildikdən sonra “Facebook” və “Instagram”dan Kanada istifadəçiləri üçün xəbər məzmununu bağlayıb.

Kanada parlamenti dünən üzərində işlənməkdə olan C-18 Onlayn Xəbər Aktını qəbul etmək üçün səs verdi və qanun Kanada qanunlarının tələb etdiyi kimi, ölkə monarxının nümayəndəsindən Kral Razılığı alınaraq qəbul edilib.

Qanuna görə, sosial media və Meta və Google kimi rəqəmsal platformalar xəbər yayımçılarına saytda dərc etdikləri xəbərlər üçün pul ödəməyə borcludurlar.

Kanada hökuməti qanunun xəbər sənayesinin sağ qalmasını təmin etmək və xəbər biznesləri ilə əsas rəqəmsal platformalar arasında bərabərliyi təmin etmək üçün qəbul edildiyini vurğulayıb.

Bu yeni qanun ən böyük rəqəmsal platformalardan Kanada xəbər şirkətləri ilə öz xidmətlərində xəbər məzmunundan istifadə etmək üçün ədalətli danışıqlar aparmağı tələb edəcək.