Karantin məhdudiyyətləri bu tarixdə ləğv ediləcəkbackend

Karantin məhdudiyyətləri bu tarixdə ləğv ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun əhali arasında yayılma təhlükəsi səbəbindən müxtəlif ölkələrdə tətbiq olunan məhdudiyyətlər dünyada 2021-ci ilin ortalarına qədər aradan qaldırılmayacaq.

Bu barədə Oksford Ekonomiks analitik şirkətinin mütəxəssisləri proqnoz verib.

Bildirilib ki, iqtisadi genişləmə ümumi vaksinasiyadan və COVID-19-a qarşı insan immunitetindən asılıdır: “Hərtərəfli peyvənd proqramının həyata keçirilməsi aylarla davam edəcək, bu da onu təsdiqləyir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırılması prosesi dünyada yalnız 2021-ci ilin ortalarında başlayacaq”.

Xatırladaq ki, koronavirus infeksiyası riskini azaltmaq üçün vətəndaşlar sadə qaydalara riayət etməlidirlər: maskalar taxın, əllərinizi yaxşıca yuyun və sosial məsafəni qoruyun. Simptomlar ortaya çıxsa, həkimə müraciət edin.

 

İnterpress.az