Braziliyada kater mühərriki 7 yaşlı qızın başının dərisini qoparıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Braziliyada gəzinti zamanı 7 yaşlı azyaşlı qızın ağır xəsarət alması ilə nəticələnən dəhşətli bədbəxt hadisə baş verib.
Valideynləri qızlarını katerlə gəzdirmək istəyiblər, lakin bu dəniz gəzintisi ailə üçün əsl kabusa çevrilib.
Gəzinti zamanı müvazinətini itirən ata təsadüfən qızının üzərinə yıxılaraq onu işlək vəziyyətdə olan mühərrikə tərəf itələyib.
Sürətlə fırlanan mexanizm azyaşlının uzun saçlarını özünə çəkib və güclü dartılma nəticəsində uşağın başının dərisi qopub.
Ağır xəsarət alan 7 yaşlı qız dərhal xəstəxanaya çatdırılıb və təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər uşağın vəziyyətini ağır qiymətləndirirlər, hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi araşdırmalara başlanılıb.


Xuraman Etibarlı
İnterpress.аz






