Haremeyn İşləri Baş İdarəsi tərəfindən hər il olduğu kimi, Kəbənin köhnə örtüyü sökülərək yerinə yenisi qoyulub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, dəyişdirmə hərəmeyn işlərinin rəisi və Kəbənin imamı Sudeysinin rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib.
Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində 120 kiloqram qızıl və 100 kiloqram motiv və xətlər üçün gümüşdən ibarətdir.
Ənənəvi olaraq, Kəbənin örtüyü hər hicri ilin birinci günü, 1 Məhərrəm günü həvəslə dəyişdirilir.
Kəbənin örtüyü Məkkədəki Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən səliqə ilə hazırlanır.