Keçmiş məhkum bir kiloqram narkotiklə yaxalandı – FOTObackend

Keçmiş məhkum bir kiloqram narkotiklə yaxalandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt sakinindən bir kiloqramdan çox heroin götürülüb.

İnterpress.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Bəhram Əhmədovdan 2,853 qram, əlində olan sellofan torbadan isə bir kiloqram 63 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı B.Əhmədovun daha əvvəl Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi, 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə məhkum olunub.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs barəsində araşdırma davam etdirilir.

İnterpress.az