Keniyada içdikləri sudan zəhərlənən 148 orta məktəb şagirdi xəstəxanada müalicə olunub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin Nyamira bölgəsindəki bir məktəbdə oxuyan 148 şagird mədə ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
İçdikləri sudan zəhərləndiyi aşkarlanan tələbələrin xəstəxanada müalicəsi davam etdirilir.