Keniyada ölüm orucu səbəbiylə öldüyü təsbit edilənlərin sayı 227-yə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Öz ardıcıllarını ölüm orucuna aparan “aclıq kultu” araşdırmasında kütləvi məzar axtarışları zamanı yeni cəsədlər tapılıb.
Eyni zamanda bununla bağlı həbs olunanların sayı 26-ya çatıb və sektanın yerləşdiyi Malindi qəsəbəsində 611 nəfərin hələ də itkin düşdüyü barədə məlumat qeyd edilib.
Bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib.
Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.






