Keniya prezidenti Vilyam Ruto ölkədə ağacların kəsilməsinə qoyulan qadağanın təxminən 6 ildən sonra aradan qaldırıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meşələrin məhv edilməsinin qarşısını almaq üçün 2018-ci ilin əvvəlindən tətbiq olunmağa başlanan qadağa meşə məhsullarına ehtiyac artdıqca aradan qaldırılıb.
Taxta və mebel məhsullarının idxalına vergi tətbiq etdiklərini bildirən Ruto xalqdan yerli məhsullardan istifadə etməyi xahiş edib.
Ruto, qadağanın aradan qaldırılması ilə bir çox insanın bu sahədə işlə təmin olunacağını da vurğulayıb.
Keniya Meşə Xidmətinin araşdırmasına görə, qadağadan sonra 44 min insan işini itirib.