Keniyada mina partlayışı: 8 polis həlak olubbackend

Keniyada mina partlayışı: 8 polis həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada polis maşını yoldan keçərkən yola döşənmiş minanın partlaması nəticəsində 8 polis həlak olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Şimal-Şərqi Bölgə komissarı Con Otieno təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə qarşı terror aktı törədildiyini bildirib.

“Bu hücumda 8 polis əməkdaşımızı itirdik. Təhlükəsizlik qüvvələrini və minik avtomobillərini hədəf alan hücumlarda Əl-Şəbabdan şübhələnirik”, – Otieno bildirib.

Hücumun Somali sərhədinə yaxın Qarissa bölgəsində həyata keçirildiyini qeyd edən Otieno terror təşkilatı Əl-Şəbabın daha əvvəl də eyni bölgəyə hücum etdiyini xatırladıb.

Somalidəki hücumları ilə gündəmdə olan Əl-Şəbab qonşu Keniyada da hücumlar təşkil edir.