Rusiyada iki animatorun amansız qətli ilə bağlı “Kevorkyan dəstəsi”nə hökm oxunub: Ömürlük həbs cəzası verilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Krasnodar şəhərində iki gənc animatorun səs-küylü qətli ilə bağlı cinayət törədən “Kevorkyan dəstəsi”nin üzvlərinə rəsmi hökm oxunub.
Hadisə 2023-cü ilin aprelində baş verib. 37 yaşlı Kirill Çubko və 19 yaşlı Tatyana Mostıko tədbirdən evə qayıdarkən magistral yolda avtomobillərinin təkəri partlayıb.
Bu zaman yolda köməksiz qalan gənclərə yaxınlaşan naməlum şəxslər yardım təklif ediblər. Lakin çox keçmədən cinayətkarlar Kirill Çubkonu öldürüb, təxminən bir saat sonra isə gənc Tatyananı bıçaqlayaraq amansızlıqla qətlə yetiriblər.
Onların üzərindəki nəğd pulları və bank kartlarındakı bütün vəsaitləri qarət edən cinayətkarlar avtomobili yandıraraq meyitləri meşə zolağında gizlicə basdırıblar.
Krasnodar Vilayət Məhkəməsinin çıxardığı yekun qərara əsasən, cinayətkar dəstənin üzvlərindən Demyan Kevorkyana 24,5 il, Anatoli Dvoynikova 25 il, Aram Tatosyana isə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
Dövlət ittihamçısının tələbi əsasında andlılar məhkəməsi hər üç müttəhimin yüngülləşdirici cəzaya layiq olmadığı barədə yekun qərar çıxarıb.

Xuraman Etibarlı
İnterpress.аz






