“Kisələrlə pullar qazanırdıq” – Aygün Bəylərbackend

“Kisələrlə pullar qazanırdıq” – Aygün Bəylər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Aygün Bəylər ailəsi ilə əlaqələrinin olmadığını bildirib.

İnterpress.az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə “Sözbaz” verilişində danışıb.  O, aparıcı Zümrüd Bədəlovanın “Ailənizdən yanınızda kimlər var?” – sualına belə cavab verib:

“Heç kim yoxdur. Övlad da özü üçün… O da böyüyəcək. Allah bütün balaları xoşbəxt etsin. Mənim də bir ana kimi borcumdur ki, övladımı boya-başa çatdırım. Vətənimə layiqli övlad yetişdirim. Böyüyüb, 13 yaşı var”.

A. Bəylər çətin günlər yaşadığını bildirib: “Həyatımın çox ağır dönəmini yaşayıram. Studiyam, orkestrım yoxdur. 16 yaşımdan şəxsi ansamblım olub. Toy mərasimlərindən kisələrlə pullar qazanırdıq. Sonra evdə bölürdük”.