KİV: “Bayden 2023-cü ildə Naqasakiyə səfər edən ilk ABŞ Prezidenti ola bilər”backend

KİV: “Bayden 2023-cü ildə Naqasakiyə səfər edən ilk ABŞ Prezidenti ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və ABŞ hökumətləri Prezident Cozef Baydenin 1945-ci ildə Amerikanın atom bombasına məruz qaldığı Naqasaki şəhərinə səfərini təşkil etməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələrə istinadən “Yomiuri” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu hadisə baş verərsə, C. Bayden Naqasakiyə səfər edən ilk Amerika lideri olacaq. Hazırda tərəflər bu səfərlə bağlı danışıqlar aparır və yekun qərar Naqasaki şəhərinin Amerika nümayəndə heyətinin qalmasına hazırlığının hərtərəfli qiymətləndirilməsindən sonra veriləcək. Bu, yerli sakinlərin bu məsələ ilə bağlı fikrinə də aiddir.

Yaponiyanın Baş naziri Fumio Kisida ABŞ Prezidentini səfər razılaşdırılarsa, Naqasakiyə qədər müşayiət etmək niyyətindədir. Ola bilsin Baydenin ziyarət edəcəyi yerlərdən biri nüvə bombası sonucunda dağıdılan və sonra yenidən tikilən Urakami Katolik Kilsəsi olsun.

Səfərin vaxtına gəlincə, Bayden gələn il mayın 19-21-də Hiroşimada keçiriləcək “Yeddilik Qrupu”nun (“G7”) sammitindən sonra Naqasakiyə gələ bilər. Qəzet qeyd edib ki, seçki dairəsi Hiroşimada olan F. Kisida görüşü Yaponiyanın nüvə silahlarının aradan qaldırılmasındakı rolunu nümayiş etdirmək üçün fürsət olaraq qiymətləndirir.

Qeyd edək ki, 2016-cı ildə Barak Obama Hiroşimaya səfər edən ilk ABŞ Prezidenti olub. Orada xüsusilə, nüvə zərbəsindən sağ çıxan şəhər sakinləri ilə görüşüb, Sülh Muzeyinə baş çəkib. Həmin il “G7”ə Yaponiya da sədrlik edib və Hiroşimada “G7”in xarici işlər nazirlərinin görüşü keçirilib.